Almaniyada terror aktı törətməyə hazırlaşan iki qardaş tutulub

Almaniyada terror aktı törətməyə hazırlaşan iki qardaş tutulub
# 23 dekabr 2016 08:12 (UTC +04:00)

Almaniyada terror aktı törətməyə hazırlaşan iki nəfər saxlanılıb.

APA-nın “Spiegel”-ə istinadən yaydığı verdiyi görə, əməliyyat Duyzburq şəhərində keçirilib. Bildirilir ki, saxlanılan şəxslər əslən Kosovadan olan iki qardaşdır. Hüquq-mühafizə orqanların qənaətinə görə, onlar Oberhauzen şəhərində terror aktı həyata keçirmək niyyətində olublar.

Qeyd edək ki, Almaniya polisi dekabrın 19-da paytaxt Berlinə baş vermiş terror aktından sonra gücləndirilmiş iş rejimində çalışır. Həmin gün bayram yarmarkasında naməlum şəxs yük maşınını insanları üstünə sürüb. Nəticədə 12 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Terror aktını törətməkdə şübhəli bilinən və hazırda axtarışda olan Tunis vətəndaşı Anis Amridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR