PA rəsmisi: “Narkotik istifadəsinə görə ilk dəfə tutulan şəxslər müalicə olunacaqlar”

PA rəsmisi: “Narkotik istifadəsinə görə ilk dəfə tutulan şəxslər müalicə olunacaqlar”
# 29 sentyabr 2017 12:08 (UTC +04:00)

Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Cinayət Məcəlləsində narkotikdən istifadə edən şəxslərin məsuliyyətdən azad olunaraq, müalicəyə göndərilməsi bağlı dəyişikliyi şərh edib.

APA-nın məlumatına görə, V. İsayev Milli Məclisdə dəyişikliklərlə bağlı keçirilən ictimai dinləmədə bildirib ki, həmin şəxslər məhkəmənin qərarı ilə stasionar müalicə olunacaqlar.

“Şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayətdən azad ediləcək. Bu, narkotik vasitələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə aiddir. Həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar. Əgər hər hansı bir şəxs müalicə olunmaqdan yayınarsa və ikinci dəfə bu fakt qeydə alınarsa, onda onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”, - deyə PA rəsmisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR