Yunanıstan-Azərbaycan iqtisadi-ticarət palatası Energetika Nazirliyini ittiham edib

Yunanıstan-Azərbaycan iqtisadi-ticarət palatası Energetika Nazirliyini ittiham edib
# 02 dekabr 2016 14:13 (UTC +04:00)

Yunanıstan-Azərbaycan iqtisadi-ticarət palatası SOCAR ilə DESFA arasında razılaşmaya xitam verilməsinə təəssüf edir.

APA-Economics”in Yunanıstan mətbuatına istinadən məlumatına görə, palatanın bununla bağlı yaydığı bəyanatda deyilir ki, qurum iki ölkənin enerji şirkətləri arasında əməkdaşlığa son qoyulması məyusluq və dərin narahatçılıq hissi keçirir.

Bəyanatda deyilir ki, bu addım iki ölkənin iqtisadi-ticari əlaqələrinə mənfi təsir göstərir və ölkələr arasındakı bu gün mövcud olan müsbət biznes mühitinə xələl gətirir.

Palata iddia edir ki, razılaşmanın Yunanıstan Energetika Nazirliyi tərəfindən birtərəfli qaydada dəyişdirilməsi investisiyaların maliyyə göstəricilərinə neqativ təsir edəcək: “Bu addım gələcəkdə palatanın bütün səylərinə baxmayaraq, Yunanıstana investisiyaların cəlbinə maneələr yaradacaq.

Palata qeyd edir ki, Yunanıstan iqtisadiyyatı hazırda böhran içindədir və bu çətinlikdən çıxarılması üçün atılan bütün addımları dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR