BVF Yunanıstana yeni tranşın ayrılmasının şərtlərini açıqlayıb

BVF Yunanıstana yeni tranşın ayrılmasının şərtlərini açıqlayıb
# 30 iyul 2015 22:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “BBC”-yə BVF-dəki mənbə bildirib. Məlumata görə, danışıqlar prosesinin iştirakçıları müəyyən güzəştlərə getməlidir: Avrozona ölkələri Yunanıstanın borc yükünü azaltmalı, Afinaya isə əlavə islahatlar gərəkdir.

Bir neçə gün əvvəl Yunanıstanın Maliyyə Nazirliyi yeni kredit xəttinin açılması ilə bağlı BVF-ə rəsmi sorğu göndərib.

Avqustun 20-də beynəlxalq kreditorların Yunanıstanla 86 mlrd avro məbləğində vəsaitinin ayrılması barədə yeni saziş imzalayacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR