Bakıda ağacların qanunsuz kəsilməsi aşkar olunub

Bakıda ağacların qanunsuz kəsilməsi aşkar olunub
# 04 noyabr 2016 11:02 (UTC +04:00)

Nərimanov rayonu Əliyar Əliyev küçəsi 25 ünvanında ağacların kəsilməsi ilə bağlı 03 noyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar Xətt”inə şikayət daxil olub. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda diametri 40 sm olan 1 ədəd tut və diametri 25 sm olan 1 ədəd sərv ağacının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.

Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR