"Sevilya"nın 18 yaşlı futbolçusu: “Qarabağ”a vurduğum top xüsusi qoldur"

"Sevilya"nın 18 yaşlı futbolçusu: “Qarabağ”a vurduğum top xüsusi qoldur"
# 29 noyabr 2019 02:51 (UTC +04:00)

“Qarabağ”a vurduğum top xüsusi qoldur. Mən buna görə komanda yoldaşlarıma və etimad göstərən baş məşqçiyə borcluyam. Hər dəqiqə şansdan yararlanmağa çalışdım”.

Apasport.az saytının məlumatına görə, bunu “Sevilya”nın futbolçusu Brayan Xil deyib.

Avropa Liqasının V turunun “Qarabağ”la görüşündə (2:0) hesabı açan 18 yaşlı futbolçu tarixə düşüb. O, XXI əsrdə anadan olub avrokubokda qol sevinci yaşayan ilk ispaniyalıdır.

B.Xil qol epizodunda topun Munas Dabburdan qapıya getdiyini etiraf edib: “Həqiqətən də qol epizodunda zərbəmdən sonra top Dabbura dəydi. Amma ümid edirəm ki, qolu mənim hesabımdan silməyəcəklər. Mən həmişə məşqçinin istədiyini eləməyə çalışıram. Fasilədən sonra iki qol vurduq ki, bu da bütün komandanın əməyidir”.

Gənc futbolçu “Qarabağ” haqda fikirlərini də açıqlayıb: “Oyunumuzda biz az tələskənlik var idi. Ona görə qol vurmaqda çətinlik çəkirdik. “Qarabağ” beşli müdafiədə yaxşı oynayırdı. Onlar hücumdakı futbolçularımıza rahat hərəkət etməyə imkan vermirdilər. Ona görə də boşluqlar tapmağa vaxtımız getdi. Bu oyunu özüm üçün imtahan kimi deyil, meydanda zövq almaq kimi qəbul edirəm. Vurduğum qolu ailəmə və stadionda olan iki dostuma həsr edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR