Odessaya ABŞ-dan 100 ədəd “Hammer” hərbi maşını gətirilib

Odessaya ABŞ-dan 100 ədəd “Hammer” hərbi maşını gətirilib
# 18 iyul 2015 23:56 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet bildirib.

“Bu gün səhər Odessaya daha 100 ədəd “Humvees” markalı hərbi maşın gətirilib”, deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu ilin martında ölkə prezidenti Pyotr Poroşenko ABŞ-dan “HMMWV” (“Hamvi”) hərbi avtomobillərin ilk partiyasını gətirən təyyarəni şəxsən qarşlayıb.

“Hammer” hərbi maşınların Ukraynaya tədarükü haqqında razılaşma ötən payız əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR