Şəmkirdə iki maşın toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki maşın toqquşub, xəsarət alanlar var
# 19 iyul 2015 10:43 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobillə “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2106”-da olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onlardan birinə ambulator yardım göstərilib, digər şəxs - Ağcabədi rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəm Hüseynovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR