Bakıda maşın bazarında ölüm hadisəsi baş verib

Bakıda maşın bazarında ölüm hadisəsi baş verib
# 03 fevral 2020 11:23 (UTC +04:00)

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində yerləşən maşın bazarında qeydə alınıb. Orada çalışan Yasamal rayon sakini Xalıqov Ehtiram Ümid oğlu iş yerində ölü tapılıb.

Meyitin ilkin müayinəsi zamanı E. Xalıqovun üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR