Oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya veriln məlumata görə, Milli Məclisin sədri Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında fəal iştirak etdiyini söyləyib.
Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyası ilə əlaqələri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, təşkilatla sıx əməkdaşlıq mövcuddur, Milli Məclisin nümayəndə heyəti təşkilatın sessiyalarında və seminarlarında iştirak edir.
Milli Məclisin sədri görüşdə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan regionda sülh və əmin-amanlığın bərpa olunmasını istəyir, Ermənistan isə yenə təxribatlara əl atmaqda davam edir. 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib və bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Söhbətdə Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Milli Məclisin sədrinə "Müstəqilliyin bərpası günü" münasibəti ilə təbriklərini çatdırıb, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edib. O, bildirib ki, pandemiya səbəbindən səfərlərin həyata keçirilməsində çətinliklər yaransa da, onun regiona bu səfəri NATO Baş katibinin tapşırığı ilə həyata keçirilir. Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində iştirakına görə təşəkkür edən qonaq təşkilata assosiativ üzv olan Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb. O, Azərbaycanla təmsil etdiyi qurum arasında münasibətləri yüksək dəyərləndirib.
Görüşdə Milli Məclisin NATO PA-da nümayəndə heyətinin başçısı, parlamentin komitə sədri Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin sədri NATO Baş katibinin xüsusi nümayəndəsini qəbul edib
© APA | Milli Məclisin sədri Sahibə Qafarova, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüş
Xarici siyasət
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Korsikada keçirilən tədbirdə "Korte Bəyannaməsi" qəbul edib
Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək
Azərbaycan TRIPP-ə daxil olan avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb
ABŞ, Ermənistan və Azərbaycan Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini bir daha təsdiq edib
Xəbər Lenti
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Bir sıra bəyannamələrin tərtib olunması qaydaları təsdiq edilib
OPEC: Həyat xilas edən cihazlar neftdən əldə edilən materiallardan hazırlanır
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
UniDestin yeni tədris ili öncəsi ödənişsiz İngilis dili səviyyə imtahanı təşkil edəcək
Kobaxidze Rusiyanı Gürcüstanın düşməni adlandırmaqdan imtina edib
Husilər Səudiyyə Ərəbistanı gəmisini raketlə vurub, 3 nəfər ölüb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dən çox artıb
İrandan Rusiyaya aparılan bibər yükündə 25 kq-dan çox marixuana aşkarlanıb - FOTO - VİDEO
Ukrayna ordusu Rusiyanın “Buk-M3” kompleksini və PUA idarəetmə məntəqələrini vurub
Zaqatalada TIR-la minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Suriya məhkəməsi Bəşər Əsəd barəsində qiyabi olaraq ölüm hökmü çıxarıb
ABŞ-ın strateji neft ehtiyatları 1983-cü ildən bəri minimum səviyyəyə enib
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: Ukraynaya 300 milyard dollarlıq sursat verilib
“Azərpoçt”un mobil tətbiqində “AZQR” ödəniş funksiyası istifadəyə verilib
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Korsikada keçirilən tədbirdə "Korte Bəyannaməsi" qəbul edib
DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk və Zaporojye bölgələrini bombalayıb: 11 nəfər ölüb, 26 yaralı var - YENİLƏNİB
Epoint nizamnamə kapitalını 1,275,191.16 manata çatdırıb
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb
CAR-da mədəndə uçqun baş verib, azı 14 nəfər ölüb
Tramp İnfantinonu müdafiə edib: O, FIFA prezidentliyindən uzaqlaşdırılsa, bu, “dəhşətli səhv” olar
Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır
Tramp İrandan danışıb: Mən onların bankiriyəm, pullarına nəzarət edirik
Azərbaycanla Türkiyə arasında gömrük prosedurlarının sadələşdirilməsi müzakirə edilib
Demaqoqların ritorikası - MÖVQE
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
Balakəndə yol qəzasında bir ailənin 3 üzvü ölüb- YENİLƏNİB-3 - FOTO
Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək
Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Azərbaycanda ən çox şikayət edilən sığorta şirkətləri açıqlanıb
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib
Avropa günəş tutulmasından təxminən 10 QVt elektrik enerjisi itirə bilər
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
NATO ölkələri və Ukrayna Moldovada hərbi paradda iştirak edəcək
“Azeronline”da müqavilələr “SİMA İmza” ilə tam rəqəmsal!
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
“12 stul”un aktrisası Natalya Trubnikova Moskvada evində ölü tapılıb
11 il əvvəl “Fənərbaxça”nın avtobusuna edilən silahlı hücumla bağlı 5 nəfər tutulub
NİİM: Yollarda quraşdırılan cihazların elektron protokol tətbiq etmək funksiyası yoxdur
Kolumbiyada zəlzələdə ölənlərin sayı 164-ə çatıb - YENİLƏNİB-7
Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq
Azərbaycanda taxıl sahələrinin 93%-i biçilib, 3,1 mln. ton məhsul yığılıb
DSMF: Sosial sığorta haqları üzrə daxilolmalar 6,3% artıb
Rusiyanın iri neft emalı zavodlarından biri PUA hücumuna məruz qalıb, yanğın başlayıb
Avropada təbii qaz 11% bahalaşıb
Azərbaycan sərhədindən 35 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
ÇL: “Sabah” “Orhus”la cavab matçına çıxır