Nigeriyada bazarda güclü partlayış törədilib, 50-dək adam ölüb, 52 nəfər yaralanıb

Nigeriyada bazarda güclü partlayış törədilib, 50-dək adam  ölüb, 52 nəfər yaralanıb
# 12 avqust 2015 02:57 (UTC +04:00)

Bakı-APA. Nigeriyada Borno ştatında bazarda törədilmiş güclü partlayış nəticəsində 50-dək adam həlak olub, daha 52 nəfər isə xəsarət alıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident Sabon yaşayış məntəqəsinin mərkəzi bazarında baş verib. Məlumata görə, partlayıcı qurğu meydanın ortasına quraşdırılıbmış.

Hələlik heç bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR