İyulda Naxçıvana daxil olan internet trafikin həcmi 10 Gb/s-dək artırılıb

İyulda Naxçıvana daxil olan internet trafikin həcmi 10 Gb/s-dək artırılıb
# 12 avqust 2015 15:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İyul ayında Naxçıvan Muxtar Respublikasına daxil olan internet trafikin həcmi 10 Gb/s-dək artırılıb.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu sahədə görülən işlər internet istifadəçilərinin sayına da öz təsirini göstərib. Belə ki, ötən ay 435 yeni abunəçi genişzolaqlı ADSL texnologiyasından istifadə etməyə başlayıb.

Bu dövrdə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursları üzrə 37 dinləyici təhsilini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR