“Qanlı Yanvar” filmi Monreal festivalında nümayiş olunub - FOTO

“Qanlı Yanvar” filmi Monreal festivalında nümayiş olunub - <span style="color: red;">FOTO
# 04 sentyabr 2015 12:08 (UTC +04:00)

Bakı-APA. Rejissor Vahid Mustafayevin 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi Monreal festivalında nümayiş olunub.

APA-nın xəbərinə görə, filmin nümayiş premyerasında festivalın prezidenti Serj Lozik, kommunikasiya direktoru Henri Vels və digər nümayəndələr də iştirak ediblər.

“Qanlı Yanvar” filmi nümayişdən sonra mükafata layiq görülüb və bununla bağlı diplom festivalın prezidenti Serj Lozik tərəfindən kinorejissor Vahid Mustafayevə təqdim edilib.

Serj Lozik diplomu rejissor Vahid Mustafayevə şəxsən təqdim etməkdən qürur duyduğunu deyib. Serj Lozik Azərbaycanı böyük mədəni irsə və tarixə malik olan bir ölkə kimi tanıdığını açıqlayıb. O, gələcəkdə bu cür filmlərin nümayişinə daha çox yer verəcəklərini bildirib.

Rejissor Vahid Mustafayev bu xüsusi diplomun onun üçün deyil, bütün Azərbaycan üçün olduğunu bildirib: "Fəxr edirəm ki, Azərbaycan kinemotoqrafiyası belə yüksəklərə gəlib çatıb. Düşünürəm ki, bu filmin Kanadada nümayişi Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmağa kömək edəcək”.

Bu il keçirilən 39-cu Monreal Beynəlxalq Film Festivalında 65-dən çox ölkə filmini nümayişə çıxaracaq. Azərbaycan bu festivalda yalnız “Qanlı Yanvar” filmi təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR