Rusiyada yaşayış evi yanıb, 3 nəfər ölüb

Rusiyada yaşayış evi yanıb, 3 nəfər ölüb
# 12 fevral 2017 13:32 (UTC +04:00)

Bu gün Rusiyada yaşayış evi yanıb, 3 nəfər ölüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Saratov vilayətində baş verib.

Yanğının söndürülməsinə 17 yanğınsöndürən və 6 texnika cəlb edilib. Yanğın nəticəsində iki qadın və 42 yaşlı kişi həyatını itirib, 33 yaşlı qadın və iki uşaq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR