Səudiyyə Ərəbistanında yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb

Səudiyyə Ərəbistanında yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb
# 05 noyabr 2017 21:38 (UTC +04:00)

Səudiyyə Ərəbistanının cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə “Əl Cəzirə” telekanalı xəbər verib.

İlkin məlumata əsasən, qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və Əsir şəhərinin polis rəisi həyatlarını itiriblər. Helikopterin göyərtəsində 9 nəfərin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR