Qohumunun 7 min manatlıq qızılını oğurlayan şəxs saxlanılıb

Qohumunun 7 min manatlıq qızılını oğurlayan şəxs saxlanılıb
# 28 fevral 2019 17:37 (UTC +04:00)

Qohumunun çantasından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Saatlı rayonunun Dədə Qorqud kənd sakini olan qadın fevralın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus çantadan 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Dədə Qorqud kənd sakini Roman Cahangirov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR