Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib

Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib
# 21 iyul 2017 16:41 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhərinin Sabunçu rayonunda 3 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşları sudan çıxarılaraq xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR