Zərif: "Azərbaycan İranın yaxşı qonşusudur"

Zərif: "Azərbaycan İranın yaxşı qonşusudur"
# 01 dekabr 2017 08:47 (UTC +04:00)

"İranın Azərbaycanla çox gözəl əlaqələri mövcuddur. Bugünkü iclasdan əlavə, prezident İlham Əliyevlə faydalı müzakirələr apardıq".

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, prezidentlə görüşdə enerji sahəsində və Xəzər dənizi ilə bağlı, habelə Rusiya-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-İran arasında tranzit sahəsində əməkdaşlıq müzakirə olunub.

"Azərbaycan İranın yaxşı qonşusudur. Biz bu əlaqələri ciddi şəkildə davam etdirəcəyik", - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR