Azərbaycanlı deputat Gürcüstan Dövlət Konstitusiya Komissiyasının tərkibinə daxil edlib

Azərbaycanlı deputat Gürcüstan Dövlət Konstitusiya Komissiyasının tərkibinə daxil edlib
# 23 dekabr 2016 22:18 (UTC +04:00)

Gürcüstanın Dövlət Konstitusiya Komissiyasının tərkibi məlum olub. Parlamentin sədri İrakli Kobaxidze bu barədə sərəncam imzalayıb.

APA-nın Gürcüstanın bürosunun məlumatına görə, bu barədə parlamentin bu gün sona çatan iclasında bildirilib.

Qeyd olunub ki, Dövlət Konstitusiya Komissiyasının 15 dekabr 2016-cı il 65-I nömrəli Əsasnaməsinin 1-ci bəndinin 107-ci “E” maddəsinin “L” yarımbəndinə əsasən, Konstitusiya Komissiyasının tərkibi təsdiq olunub.

Sərəncamda İrakli Kobaxidze komissiyanın sədri və Tamar Çuqoşvili komissiyanın katibi təyin olunub. Sərəncamda komissiyanın digər üzvləri də təsdiq edilib.

Sərəncama əsasən, Konstitusiya Komissiyasının tərkibinə parlament çoxluğunun azərbaycanlı deputatı Savalan Mirzəyev də daxil edilib. Sərəncam 2016-cı ilin 23 dekabrında qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR