Sergey Ryabkov: “İrana “S-300” zenit-raket komplekslərinin göndərilməsi ikitərəfli anlaşmadır”

Sergey Ryabkov: “İrana “S-300” zenit-raket komplekslərinin göndərilməsi ikitərəfli anlaşmadır”
# 15 avqust 2015 10:20 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İrana “S 300” raketlərinin göndərilməsi məsələsində üçüncü tərəfin iştirakı nəzərdən keçirilmir və tələb olunmur”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Serqey Ryabkov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı texniki məsələlər nəzərdən keçirilir.

“Düşünürəm ki, bu, tamamilə ikitərəfli məsələdir və üçüncü tərəfin burda iştirakı nəzərdə tutulmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR