Kral Salman HƏMAS lideri ilə görüşüb

Kral Salman HƏMAS lideri ilə görüşüb
# 18 iyul 2015 20:58 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının kralı Salman Məkkəyə həcc ziyarətinə gəlmiş Fələstinin HƏMAS hərəkatının lideri Halid Maşal ilə danışıqlar aparıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Maşal Fələstin məsələsində dəstəyə görə krala təşəkkürünü bildirib.

Qeyd edək ki, sonuncu dəfə Ər-Riyad və HƏMAS arasında danışıqlar dörd il əvvəl keçirilib.

Səudiyyə Ərəbistanı və Qəzza zolağını nəzarətdə saxlayan HƏMAS arasında münasibətlər son vaxtlar gərgin olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR