Xaçmazda ikimərtəbəli ev yanıb

Xaçmazda ikimərtəbəli ev yanıb
# 12 oktyabr 2016 20:18 (UTC +04:00)

Bakı-APA. Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində bir otaq, aynabəndin yanar konstruksiyaları, ev əşyaları 45 m2 və ikinci mərtəbədə otağın döşəməsi 25 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR