Dövlət Yanğın Nəzarəti Xidməti: “Yaşayış sektorunda yanğından ölənlərin sayı azalıb”

Dövlət Yanğın Nəzarəti Xidməti: “Yaşayış sektorunda yanğından ölənlərin sayı azalıb”
# 20 dekabr 2016 12:20 (UTC +04:00)

"Son illər ərzində yaşayış sektorunda yanğından ölənlərin sayında azalma müşahidə olunur".

APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov FHN-nin yaradılmasının 11-ci il dönümünə həsr olunmuş Elmi-praktik seminarda çıxışı zamanı deyib.

Rəis müavininin sözlərinə görə, respublika ərazisində baş vermiş yanğınların təxminən 70 faizi yaşayış sahəsinin payına düşür.

"Respublikada investisiya layihələrinin səmərəliliyinin artırılması və iqtisadi maraqlar baxımından sahibkarlıq obyektlərində yoxlamalara bir müddət məhdudiyyətlər tətbiq olunub. Bəzi hallarda sahibkarlar respublikada biznesin inkişafına və onlar üçün yaradılmış şəraitdən istifadə edərək obyektləri pozuntularla istismar edirlər", - deyə A. Kazımov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR