DGK bir neçə iri şirkətin "Yaşıl dəhliz" sistemindən istifadəsini təmin edib

DGK bir neçə iri şirkətin "Yaşıl dəhliz" sistemindən istifadəsini təmin edib
# 30 dekabr 2016 15:04 (UTC +04:00)

2016-cı ilin dekabr ayından "Nestle Azərbaycan" MMC, "Karat Holdinq" MMC, "McDonalds" MMC, "Procter and Gamble" MMC, "Avrora" MMC, "İdxal" MMC, "AMD Trade" MMC, "İmeks" MMC" və "Crokurs" MMC-nin "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəsi təmin edilib.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, adıçəkilən şirkətlərin bir neçəsinin bu sistemdən istifadəsinin təmin edilməsində özündə nüfuzlu şirkət nümayəndəliklərini birləşdirən Amerika Ticarət Palatasının (AMCHAM) müraciəti nəzərə alınıb.

Xatırladaq ki, öz fəaliyyətlərinin keçmiş araşdırılmasının nəticəsi olaraq gömrük tənzimlənməsi tədbirlərinin tətbiqi ilə bağlı öhdəliklərini vaxtında və qüsursuz yerinə yetirən, gömrük qanunvericiliyinin tələblərini pozmayan xarici ticarət iştirakçılarına "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə icazə verilir.

Qeyd olunan xarici ticarət iştirakçıları üçün “Yaşıl dəhliz” buraxılış sistemi vasitəsilə malların və nəqliyyat vasitələrinin risk göstəricilərinin meyarları və risk qrupları əsasında daha sadələşdirilmiş və sürətləndirilmiş prosedurların, mexanizmlərin tətbiqi nəzərdə tutulub. Belə ki, adıçəkilən buraxılış sistemindən istifadə xarici ticarət iştirakçıları üçün aşağıdakı üstünlüklərin əldə edilməsinə səbəb olacaqdır: bəyannamənin mallar gəlməmişdən öncə elektron qaydada ötürülməsi; artıq vaxt itkisinə yol verilməməsi; əlavə məsrəflərə qənaət edilməsi; nəqliyyat xərclərinin azaldılması və s.

"Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi nəticəsində gömrük nəzarəti sürətli qaydada həyata keçirilir və gömrük bəyannamələrinin verilməsi ilə bağlı vaxt və məsrəflər azaldılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR