Füzuli rayonunda tank əleyhinə minanın partladıcısı aşkarlanıb

Füzuli rayonunda tank əleyhinə minanın partladıcısı aşkarlanıb
# 04 yanvar 2017 13:27 (UTC +04:00)

Bu gün Füzuli rayonu ərazisində tank əleyhinə minanın partladıcısı aşkarlanıb.

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, rayonun Böyük Bəhmənli kəndində su kanalının yaxınlığındakı otlaq sahəsindən 1 ədəd TM-62 tank əleyhinə minanın partladıcısı (MVÇ-62) aşkar edilərək götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar–4 yanvar tarixlərinədək Füzuli rayonunda 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 100 kv.m ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR