"Bank Standard"ın aktivlərini KPMG qiymətləndirəcək

"Bank Standard"ın aktivlərini KPMG qiymətləndirəcək
# 08 fevral 2017 11:51 (UTC +04:00)

Ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədi ilə "Bank Standard" QSC-nin aktivlərinin qiymətləndirilməsi KPMG audit şirkətinin Azərbaycan nümayəndəliyinə həvalə olunub.

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, "Bank Standard" QSC-nin aktivlərinin qiymətləndirməsi həmin şirkət tərəfindən Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun olaraq təşkil edilib.

Qeyd edək ki, "KPMG Azərbaycan" KPMG Avropanın, yəni Rusiya, MDB ölkələri, Almaniya, İngiltərə, İsveçrə, Hollandiya, İspaniya, Belçika, Türkiyə, Norveç, Lüksemburq və Səudiyyə Ərəbistanının audit, vergi və hüquq, məsləhət xidməti praktikalarını əhatə edən "KPMG Europe LLP"-nin tərkibinə daxildir.

KPMG "böyük dördlük" şirkəti olaraq, dünyanın 152 ölkəsində 189 mindən çox əməkdaşa malik olmaqla audit, vergi və məsləhət xidmətləri göstərən peşəkar şirkətlərin qlobal şəbəkəsidir.

4 oktyabr 2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "Bank Standard" QSC müflis elan edilib və onun barəsində ləğv prosesinə başlanılıb. Eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR