Astarada şagirdi döyən müəllim cəzalandırılıb

Astarada şagirdi döyən müəllim cəzalandırılıb
# 16 yanvar 2017 11:47 (UTC +04:00)

Astara rayonunda orta məktəbdə şagirdi döyən müəllim cəzalandırılıb.

Bunu APA-nın cənub bürosuna Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova bildirib.

Şəbə müdirinin sözlərinə görə, rayonun Şiyəkəran kəndindəki 1 saylı tam orta məktəbinin müəllimi Namiq Qəhrəmanova 9-cu sinif şagirdi Ələkbərov Etibar Qabil oğlunu döyməsi faktına görə töhmət verilib.

Bundan başqa, müəllimin həmin sinif üzrə dərsləri alınıb və ona təkrar belə hal baş verərsə, məktəbdən uzaqlaşdırılacağı elan olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Astara rayonunun Şiyəkəran kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Namiq Qəhrəmanovun 9-cu sinif şagirdi Etibar Ələkbərovu döyməsi ilə bağlı video yayılıb.

Müəllim buna səbəb kimi məktəblinin özünü intizamsız aparmasını göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR