Hindistanda dini bayramda 40 nəfər xəsarət alıb

Hindistanda dini bayramda 40 nəfər xəsarət alıb
# 26 dekabr 2016 01:33 (UTC +04:00)

Hindistanda dini bayramda yaranan izdihamda 40 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub-qərbində, Sabarimala şəhərində qeydə alınıb.

Bundan əvvəl 25 nəfərin xəsarət aldığı, üç nəfərin vəziyyətinin ağır olduğu bildirilirdi.

Qeyd edək ki, Sabarimala şəhəri induistlərin ən iri dini mərkəzlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR