Oqtay Əsədov Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək

Oqtay Əsədov Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək
# 04 avqust 2017 09:05 (UTC +04:00)

İranda prezident vəzifəsinə təkrar seçilən Həsən Ruhaninin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. O. Əsədovu parlament nümayəndə heyəti müşayiət edəcək.

Xatırladaq ki, Həsən Ruhani ikinci dəfə mayın 19-da İran prezidenti seçilib. Onun andiçmə mərasimi avqustun 5-də parlamentdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR