Hindistanda azı 10 mədənçi ölüb

Hindistanda azı 10 mədənçi ölüb
# 30 dekabr 2016 09:42 (UTC +04:00)

Hindistanın Carkxand ştatındakı kömür mədənində baş verən qəza nəticəsində azı 10 nəfər mədənçi həlak olub.

APA-nın xəbərinə görə, bu barədə “Hindustan Times” məlumat yayıb. Hadisə ötən gecə baş verib.

Xilasetmə işləri duman və qaranlıq səbəbindən bu gün səhər başlayıb. İlkin ehtimala görə, hadisə baş verən zaman içəridə 10-12 avtomobil texnikası işləyib. İçəridə daha 30 fəhlənin qaldığı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR