Abşeron və Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Abşeron və Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 30 dekabr 2016 09:16 (UTC +04:00)

Abşeron və Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 30-da saat 02 radələrində Abşeron rayonunun Digah qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Xaçmaz rayon sakini Ülviyyə Məmmədəliyeva vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Dekabrın 29-da saat 19 radələrində Quba rayonunun İqrik kəndində rayon sakini Ruslan Manafov idarə etdiyi "VAZ-21051" markalı avtomobillə yolu keçən həmyerlisi Rəsmiyyə Qədirovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR