Bakıda 16 yaşlı qızı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

Bakıda 16 yaşlı qızı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb
# 24 avqust 2015 14:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 5-in qarşısında qeydə alınıb.

Naməlum avtomobil yolu keçən piyada, 1999-cu il təvəllüdlü Günel Vaqif qızı Mirzəyevanı vurub və hadisə yerindən qaçıb.

G. Mirzəyeva xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hazırda polis yol-nəqliyyat hadisəsini törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR