Dənizkənarı Bulvarda attraksionlardan pulsuz istifadə aksiyası təşkil edilib

Dənizkənarı Bulvarda attraksionlardan pulsuz istifadə aksiyası təşkil edilib
# 30 dekabr 2016 13:58 (UTC +04:00)

Bu gün Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə Milli parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən pulsuz istifadə aksiyası təşkil edilib.

İdarədən APA-ya verilən məlumata görə, yaşı 15-ə qədər olan uşaqlara səhər saat 10.00-dan 14.00-dək bulvardakı attraksionlardan, qatarlardan və sərnişin gəmisindən pulsuz istifadə haqqı verilib. Aksiyada bütövlükdə 15 mindən çox insan iştirak edib.

Aksiyada vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə İdarə əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR