Qubada iki maşın toqquşub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Qubada iki maşın toqquşub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 03 sentyabr 2015 10:48 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün günorta saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində, Zərdabi kəndi ərazisində keçən hissəsində qeyd alınıb. 1953-cü il təvəllüdlü Osmanov Zakir Nəcəf oğlunun idarə etdiyi “VAZ 21011” markalı nəqliyyat vasitəsilə Ziyəddin Qurbanovun idarə etdiyi “VAZ 21015” markalı maşın toqquşub. Qəza nəticəsində xəsarət alan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ağır xəsarət alan Zakir Osmanov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR