Gürcüstanda azərbaycanlıya qarşı zorakılıq törədilib, 3 nəfər saxlanılıb

Gürcüstanda azərbaycanlıya qarşı zorakılıq törədilib, 3 nəfər saxlanılıb
# 24 avqust 2017 12:48 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin Qaçiani kəndində 42 yaşlı kişi zorakılığa məruz qalıb.


APA-nın yerli bürosunun məlumatına görə, 15-ə yaxın şəxs azərbaycanlıya hücum edərək onu amansızcasına döyərək işgəncə veriblər. Döyülmə kameraya çəkilərək sosial şəbəkədə yerləşdirilib. Zorakılığa səbəbin qısqanclıq olduğu bildirilir.

Faktla bağlı artıq 3 nəfər saxlanılıb. Zorakılğa məruz qalmış şəxs hazırda komadadır və vəziyyəti çox ağırdır. Onun ailə üzvləri bütün günahkarların saxlanılmasını tələb edirlər.


Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR