Qəzzada baş verən qarşıdurmada 7 fələstinli öldürülüb

Qəzzada baş verən qarşıdurmada 7 fələstinli öldürülüb
# 30 mart 2018 15:24 (UTC +04:00)

Qəzza sektorunda silahlı insident baş verib, 7 nəfər öldürülüb.

APA-nın “The Times of İsrael” nəşrinə istinadən verdiyi xəbərə görə, bu gün minlərlə fələstinli “Torpaq Günü”nün 42-ci ildönümü münasibətilə aksiya keçirməyə cəhd edib.

Onlar Qəzzaya doğru yürüş etmək istəyiblər. İsrail hərbçiləri “Dayan!” xəbərdarlığa məhəl qoymayan fələstinlilərə atəş açıb və onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nəticədə 7 nəfərin öldüyü, 500 nəfərin yaralandığı bildirilir.

İsrail ordusu ərazini “qapalı bölgə” elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR