Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü tutulub

Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü tutulub
# 18 may 2018 09:51 (UTC +04:00)

Mayın 15-də Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış S.Məmmədovanın Quba rayon sakini Sənan Hacıyevin idarə etdiyi “Hyundai” markalı avtomobillə vurulması müəyyən edilib. S. Hacıyev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR