Bankların AMB qarşısında öhdəliyi azalır

Bankların AMB qarşısında öhdəliyi azalır
# 04 avqust 2017 08:31 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycan banklarının Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi azalıb.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, may ayı ilə müqayisədə iyunda bankların AMB qarşısında öhdəliyi 35,9 mln. manat və ya 5,25% azalaraq 647,4 mln. manat təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bankın banklara qarşı tələbləri 2,6 dəfə azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR