Bank Of Baku

Ağcabədidə avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb - VİDEO - YENİLƏNİB

Ağcabədidə avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb  - VİDEO  - YENİLƏNİB
# 13 dekabr 2021 11:16 (UTC +04:00)

Ağcabədidə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün rayonun Sarıcalı kəndində 1999-cu il təvəllüdlü Əhmədov İsmayıl Adil oğlunu idarə etdiyi avtomobillə vuran şəxsin Ağdam rayon sakini Şahmalı Aslanov olduğu məlum olub.

“VAZ” 2107 markalı avtomobillə piyadanı vurun hadisə yeridən qaçan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

***

12 dekabr, 19.36

Ağcabədi rayonunda maşınla piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Piyada, 1999-cu il təvəllüdlü Əhmədov İsmayıl Adil oğlu aldığı xəsarətlər səbəbindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Polis əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu deyilir.

Elgün Gəncimsoy

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR