Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, “Mercedes” markalı minik avtomobili mikroavtobusla toqquşub.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.