Azərbaycan prezidenti Parisdə DCNS şirkəti və “Cifal” qrupunun rəhbərləri ilə görüşüb

Azərbaycan prezidenti Parisdə DCNS şirkəti və “Cifal” qrupunun rəhbərləri ilə görüşüb
# 13 mart 2017 08:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə DCNS şirkəti arasında 2004-cü ildən əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Müxtəlif dizaynlı və təyinatlı gəmilərin hazırlanması ilə bağlı bir sıra layihələrin reallaşdırıldığı qeyd edilib, Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanıb.

Dövlət başçısı həmçinin “Cifal” qrupunun prezidenti Jil Remi ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin hərbi-texniki sahədə gəmilərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR