Bakı sakinlərindən narkotik vasitə götürülüb

Bakı sakinlərindən narkotik vasitə götürülüb
# 06 iyul 2017 10:37 (UTC +04:00)

Bakı sakinlərindən narkotik vasitə götürülüb.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Qaradağ RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynovdan 52,065 qram heroin götürülüb.

Onun yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 165 qram heroin aşkar edilib.

Polis əməkdaşları tərəfindən Bakı şəhər sakini Məmməd Mirfətəliyevdən isə 410 qram marixuana götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR