"Azəriqaz" abunəçilərinin sayının açıqlayıb

"Azəriqaz" abunəçilərinin sayının açıqlayıb
# 13 oktyabr 2016 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Cari ilin sentyabr ayı ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 9 556 yeni abonent qeydiyyata alınıb.


SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, abonentlərin 2 974-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 6 582-si isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584-ə çatıb.

Onu da qeyd edək ki, oktyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 132 291 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 378 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR