Biləsuvar sakini Lənkəranda dənizdə batıb

Biləsuvar sakini Lənkəranda dənizdə batıb
# 29 iyul 2015 08:15 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dənizin Lənkəran rayonunun Sütəmurdov kəndi sahilində qeydə alınıb.

Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Barat oğlu Miriyev dənizdə çimərkən batıb. Onun meyiti yaxınlıqdakı şəxslər tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR