Əbülfəs Qarayev Litvanın Azərbaycandakı səfirini qəbul edib

Əbülfəs Qarayev Litvanın Azərbaycandakı səfirini qəbul edib
# 12 aprel 2017 13:44 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskası qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələrdən, gələcəkdə nəzərdə tutulmuş birgə tədbirlərdən söhbət açılıb.

Nazir turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müvafiq işlərin görülməsini, o cümlədən Litvanın turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşlərin keçirilməsini təklif edib.

Əbülfəs Qarayev iki ölkə arasında həyata keçirilən birgə mədəni layihələrdən danışıb, əməkdaşlığın bundan sonrakı inkişafı üçün müəyyən addımların atılacağına ümidvar olduğunu bildirib.

Səfir Valdas Lastauskas iki ölkənin mədəniyyət və turizm sahələri üzrə gələcəkdə daha da geniş birgə fəaliyyət göstərəcəyinə əminliyini dilə gətirib. Görüş Azərbaycanla Litva arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR