Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 7,7 mlrd. kubmetr olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onun 57,8%-i hasilatın, 29,7%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 12,5%-i isə idxalın hesabına formalaşıb.
Ehtiyatların 43,2%-i ölkə daxilində istehlak edilib, 34,6%-i ixrac olunub, 4,9%-i itkiyə gedib, 17,3%-i 2018-ci ilin aprelin 1-i vəziyyətinə ehtiyat kimi qalıb.