Çində kimya müəssisəsində güclü partlayış olub

Çində kimya müəssisəsində güclü partlayış olub
# 31 avqust 2015 21:53 (UTC +04:00)

Bakı-APA. Çinin şərq bölgəsində, Dunyin şəhərində güclü partlayış olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Şandun əyalətində yerləşən Dunyində çoxsaylı kimya müəssisələri yerləşir.

Hadisənin təfərrüatları və zərərçəkənlər barədə hələlik məlum yoxdur.

Xatırladaq ki, avqustun 12-də Çinin Tyantszin şəhərində sənaye zonasında baş vermiş bir neçə partlayış nəticəsində 150 nəfər ölmüş, yüzlərlə insan yaralanmışdı. 23 nəfərin taleyi indiyədək məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR