SOCAR qaz hasilatını 5%-dən çox azaldıb

SOCAR qaz hasilatını 5%-dən çox azaldıb
# 25 iyun 2015 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 576,1 min kubmetr qaz hasil edilib.

"APA-Economics"in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu göstərici 2014-cü ilin analoji dövrü ilə müqayisədə 5,3% azdır. Bu ilin aprel ayı ilə müqayisədə isə SOCAR-ın qaz hasilatı 3,7% çoxdur.

Bu ilin yanvar-may aylarında SOCAR tərəfindən ümumilikdə 2 801,4 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin ilk 5 ayı ilə müqayisədə 14,07% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 570,2 min kubmetr, fevral ayında 519,1 min kubmetr, mart ayında 580,4 min kubmetr, aprel ayında isə 555,6 min kubmetr qaz hasil edilib.

Bu ilin may ayında bütün ölkə üzrə 2 454,7 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 7,33% azdır. Bu ilin aprel ayı ilə müqayisədə isə bu rəqəm 1,11% azdır.

Bu ilin yanvar-may aylarında bütün ölkə üzrə ümumilikdə 12 352,4 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin beş ayı ilə müqayisədə 4,6% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ölkə üzrə 2 496 min kubmetr, fevral ayında isə 2 330 min kubmetr, mart ayı üzrə 2 589,4 min kubmetr, aprel ayı üzrə isə 2 482,3 min kubmetr qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR