Bakıda 8 otaqlı evdə yanğın olub

Bakıda 8 otaqlı evdə yanğın olub
# 08 dekabr 2016 04:53 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan birmərtəbəli 8 otaqlı evin 1 otağında ev əşyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR