XİN: Amerikalı şoumenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır

XİN: Amerikalı şoumenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır
# 19 oktyabr 2017 14:46 (UTC +04:00)

Amerikalı şoumen Entoni Burdenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, araşdırmadan sonra müvafiq qərar veriləcək.

Qeyd edək ki, amerikalı şoumen E. Burden “İnstagram” hesabında Ermənistana, oradan isə helikopterlə Dağlıq Qarabağa yollanmasını əks etdirən foto yayıb. Onun “Parts Unknown” verilişi üçün çəkiliş aparacağı deyilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR